"Hər oyunu qol buraxmadan keçirmək istəyirəm" - Bezotosnı

"Hər oyunu qol buraxmadan keçirmək istəyirəm" - Bezotosnı
GÜNDƏM 19 Oktyabr 2016 / 22:51 2658
-  A +

“Əsas odur ki, matç zamanı meydan yaxşı səviyyədə olsun. Bu stadionda məşq etməməyimiz problem olmayacaq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnı Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Sözügedən görüşə kapitan sarğısı taxmaq istəməyən D.Bezotosnı bildirib:

"Qapıçı da digər futbolçular kimi oyunçudur. Onun da kapitan kimi meydana çıxması mümkündür. Bu, sadəcə əlavə məsuliyyətdir. Əslində qolkiperin kapitan olması ciddi fərq eləmir"

"Qəbələ"nin qapıçısı deyib ki, hər matçı qol buraxmadan keçirmək istəyir:

"Yaxşı oyun nümayiş etdirmək, xallar qazanmaq istəyirəm”.

Daha çox


Son xəbərlər