Qurban Qurbanov: “Bizi sabah çox çətin oyun gözləyir”

Qurban Qurbanov: “Bizi sabah çox çətin oyun gözləyir”
PREMYER LİQA 8 Fevral 2010 / 16:30 3013
-  A +

“Karvan” fasilədə heyətini xeyli gücləndirib. Bunun da nəticəsində fasilədən sonra elə ilk turdaca iddialılardan hesab olunan “Simurq”a qalib gəldi. Buna görə də bizi sabah çox çətin oyunun gözlədiyini demək olar”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Bununla belə, təcrübəli mütəxəssis meydana yalnız qələbə qazanmaq üçün çıxacaqlarını bildirib: “Buna baxmayaraq, biz oyuna çox ciddi hazırlaşmışıq. Bu gün də oyunqabağı son məşqimizi keçdik. Komandada vəziyyət yaxşıdır. Sabah komanda qələbə qazanmaq üçün əlindən gələni edəcək”. 


Son xəbərlər