Fuad Musayev: «AFFA almanlarla oyuna görə ən azı üç milyon dollar gəlir əldə edəcək»

Fuad Musayev: «AFFA almanlarla oyuna görə ən azı üç milyon dollar gəlir əldə edəcək»
ÖLKƏ FUTBOLU 8 Fevral 2010 / 16:15 3768
-  A +

AFFA-nın sabiq prezidenti Fuad Musayev hesab edir ki, Azərbaycan milli komandasının hazırkı potensialı «Avro-2012»nin qrup mərhələsində yalnız beşinci yer uğrunda mübarizə aparmağa imkan verir. Dünən Varşava şəhərində keçirilən püşkatmanın nəticəsini Qol.Az saytına şərh edən Fuad Musayevin fikrincə, qrupda Azzərbaycan milli komandası əsasən Qazaxıstan komandası ilə bərabər səviyyədə mübarizə apara biləcək. «Almaniya və Türkiyənin gücü hamıya məlumdur. Avstriya futbolu bu gün inkişaf dövrünü yaşayır. Belçika komandası da çox güclüdür, ona Dik Advokat kimi bir məşqçi rəhbərlik edir. Azərbaycan millisi beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etmək istəyirsə, legionerlərə dərhal limit tətbiq edilməlidir. Bu il hər klubda beş, gələn ildən isə cəmi üç legionerin oynamasına icazə verilməlidir. Olmasa, uğursuzluqlar yenə davam edəcək. Azərbaycanda oynayan əcnəbi futbolçular bizikilərdən heç bir keyfiyyətinə görə üstün deyillər. İndiki əcnəbi futbolçularla dünya çempionatının seçmə mərhələsində milli komandamız on oyundan cəmi beş xal toplaya bildi. Eyni xalı biz də Ponomaryovun vaxtında qazanmışdıq. Özü də bu xalları biz indiki kimi on oyunda deyil, səkkiz matçda əldə etmişdik. Bizim yerli və gənc futbolçuların potensialı var. Federasiya, milli komandanın məşqçiləri mütləq yerli futbolçuların gücündən istifadə etməlidir. Onsuz da əcnəbi futbolçuları heyətə buraxanda da uduzuruq. Əgər belədirsə, onda yerli futbolçulara şans versinlər, onlar uduzsunlar, amma eyni zamanda təcrübə toplasınlar, gələcəkdə Azərbaycan futboluna fayda versinlər. Bunları etmək üçün AFFA hökmən konsepsiyasını dəyişməlidir. Dediyim kimi, legionerlər komandadan çıxarılmalıdır. Onlar vətəndaşlığı olmaya-olmaya bizim millidə oynayırlar. Belə gətsə, əvvəl-axır bu məsələ ciddi problem yaradacaq. Federasiya ya həmin legionerlərə vətəndaşlıq almalı, ya da onları millidən çıxarmalıdır. Azərbaycan Konstitusiyası ölkədə beş il yaşamayan əcnəbilərə vətəndaşlıq verməyi qadağan edir. Federasiya bu haqda ciddi düşünməlidir. Jurnalistlər bu məsələni qabartmalıdırlar».
Fuad Musayevin fikrincə, AFFA püşkün nəticəsindən daha çox maddi səbəblərə görə razı qala bilər: «Bizim vaxtımızda hər püşkdən öncə dua edirdik ki, Almaniya rəqibimiz olsun. Çünki bu komanda ilə oyunun Bakıdan Almaniyaya teletransilasiyası ən azı üç milyon dollara başa gəlirdi. Mən hələ bizim AFFA-ya rəhbərlik etdiyimiz dövrdən danışıram. İndiki rəhbərliyin teletransilasiya ilə bağlı müqavilədə hansı məbləği göstərdiyini deyə bilmərəm. Amma mənə elə gəlir ki, təkcə Almaniya ilə Bakıdakı oyunundan AFFA ən azı üç milyon dollar gəlir əldə edəcək. AFFA-ya rəhbərlik etdiyim dövrdə bizim 1996-cı il üçün büdcəmiz cəmi 100 min dollar təşkil edirdi, bunun da 80 minini UEFA yardım kimi federasiyaya ayırırdı. Sonra büdcəmiz 500 min dollar oldu. AFFA-nın hazırkı büdcəsi 20 milyon təşkil edir. Bizim dövrümüzdə, pulsuzluq vaxtında biz iki komanda saxlayırdıq. Görün, Azərbaycana nə qədər futbolçu verdik. Adlarını sadalayım: Cahangir Həsənzəda, İlham Yadullayev, Ruslan Musayev, Zaur Tağızadə, Samir Əliyev, Ruslan Musayev, Qurban Qurbanov, Vyaçeslav Lıçkin, Rəşad Sadıqov, Aftandil Hacıyev…. Emin Quliyev kimi futbolçu verdik Azərbaycana. İndi hardadı o?»
Fuad Musayev AFFA-ya rəhbərlik etdiyi dövrdə Azərbaycan millisinin Fransa və İtaliya ilə oyunlarda teletransilasiyadan əldə etdiyi gəlir barədə də məlumat verib: «1994-cü ildə Fransa ilə ev oyununa görə o vaxt bizim büdcəmizə 600 min frank, yəni 400 min dollar daxil oldu. 2002-ci ildə İtaliya komandası ilə Bakıdakı matça görə federasiya ya bir milyon, ya da bir milyon yarım dollar pul götürdü. O vaxtlar, elə indi də teletransilayasiyasına görə ilə ən yüksək məbləğ Almaniya və İngiltərə kimi komandaların iştirakı ilə keçirilən rəsmi oyuna görə verilir. Dediyim kimi, bizim vaxtımızda, federasiyanın pulu olmayan dövrdə belə rəqiblərlə bir qrupa düşmürdük. İndiki AFFA-nın vaxtında isə İngiltərə də rəqibimiz olub, Almaniya da». 
Fuad Musayev AFFA-nın prezidenti olduğu dövrdə Türkiyəyə qarşı keçirilən ev oyunundan da danışıb: «O vaxt Türkiyə indikindən qat-qat güclüydü. Həmin komanda daha sonra dünya çempionatının üçüncüsü oldu. Amma bizim komanda Türkiyəylə Bakıdakı oyunu udmalıydı. Sadəcə, türkiyəli futbolçular, konkret olaraq, Hakan Şükür təxribat etdi. Qapıçımız Dmitri Kramarenko da onun təxribatına getdi. Əgər bu hadisə olmasaydı və Ponomaryov Lıçkini əvəzləməyib yerinə Kamal Quliyevi daxil etməsəydi, oyun ən yaxşı halda heç-heçə bitəcəkdi. Bir sözlə, Ponomaryov həmin oyunda taktiki səhvə yol verdi».

 

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq