"Messini transfer etmək istəmirəm" - Qvardiola

"Messini transfer etmək istəmirəm" - Qvardiola
GÜNDƏM 19 Oktyabr 2016 / 12:25 4163
-  A +

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın futbolçuları Lionel Messi, Luis Suares, Serxio Buskets və Neymarı transfer etmək  istəmələri barədə yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis Çempionlar Liqasının qrup mərhələsində Kataloniya klubu ilə oyun öncəsi keçirilən mətbuat konfransında bu iddiaları təkzib edib:

"Onların heç biri ilə danışmamışam. Messi ilə görüşməmişəm. Onun yerinə olsam, futbolçu karyeramı "Barselona"da başa vuraram. Ancaq Messinin karyerasında dəyişiklik etmək istəyib-istəmədəyini bilmirəm. Əgər istəsə, onu 7-8 klub transfer etməyi düşünəcək. Seçim Messiyə qalıb".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi