Bernd Ştork: “Qazaxıstan iki dəfə Azərbaycanla heç-heçə oynasa da...”

Bernd Ştork: “Qazaxıstan iki dəfə Azərbaycanla heç-heçə oynasa da...”
XƏBƏR 8 Fevral 2010 / 16:00 2113
-  A +

“Almaniya millisi ilə bir qrupa düşdüyümüzə görə çox şadam. Bu mənim arzum idi. Maraqlıdır ki, bizim qrupda Azərbaycan millisi də yer alır. Hansı ki, bu komandaya da almaniyalı mütəxəssis - Berti Foqts rəhbərlik edir”. Qol.Az-ın məlumatına görə, bu sözləri Avro-2012-nin seçmə mərhələsində milli komandamızla bir qrupda yer alan Qazaxıstan millisinin baş məşqçisi Bernd Ştork 2b.kz saytına verdiyi müsahibədə deyib. 
Almaniyalı mütəxəssis bildirib ki, onun üçün əsas olan komandasının sərgiləyəcəyi oyundur: “Düzdür, Qazaxıstan iki dəfə Azərbaycanla heç-heçə oynayıb. Amma unutmaq lazım deyil, həmin vaxtdan sonra həm Qazaxıstan, həm də Azərbaycan millisində böyük dəyişikliklər olub. Bugünkü gündə Qazaxıstan milllisi Avropanın ən gənc komandalarından biridir. Bizim komandanın orta yaş həddi 23-dür. Bu qrupda neçə xal yığacağımı dəqiq deyə bilmərəm. İndiki halda mənim üçün əsas olan nə qədər xal yığmağımız deyil, gözəl oyun sərgiləməyimizdir”.  


Son xəbərlər