"Heç kimi qovmaq fikrim yoxdur" - Elxan Abdullayev

"Heç kimi qovmaq fikrim yoxdur" - Elxan Abdullayev
GÜNDƏM 16 Oktyabr 2016 / 21:01 4256
-  A +

"Zirə” layiqli qələbə qazandı. Onlar bizdən üstün idi. Bizim oyuna gəlincə,məğlubiyyətin səbəbləri var. Qırmızı vərəqə bütün planlarımızı pozdu”.

Qol.az-ın futbol11.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqanın 8-ci turunda "Zirə"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
 
- "Neftçi”nin çıxış yolunu nədə görürsünüz?

- Müdafiəçilərimiz hər oyun rəqibə hədiyyələr verir. Bunlar futbolçunun səviyyəsindən irəli gəlir. Bu oyunu bərabərləşdirmək çətin idi. Sadəcə, komandanın üzərində işləmək lazımdır. Durub sizə nağıl danışmayacam ki...
 
- Pesallinin oyununu necə dəyərləndirə bilərsiniz?

- O, yeni futbolçudur və 25 dəqiqə oynadı. İndi onun haqda nəsə deyə bilmərəm.
 
- Komanda 90 dəqiqə ərzində qapıya dəqiq zərbə endirə bilmədi. Komandanı bütünlüklə dəyişmək istəmirsiniz?

- Biz işləməliyik. Heç kimi qovmaq fikrim yoxdur. Çünki onu qovduqsa, yeri boş qalacaq. Bizim səhvlərimiz çoxdu, zəifik.
 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı