"Qəbələ"nin iki futbolçusu zədələndi

"Qəbələ"nin iki futbolçusu zədələndi
GÜNDƏM 15 Oktyabr 2016 / 18:39 3082
-  A +

"Qəbələ"nin futbolçuları Rəşad Sadiqov və Baqali Dabo Topaz Premyer Liqanın 8-ci turunda "İnter"ə qarşı oyunda (1:1) zədələnib.

Qol.az-ın məlumatına görə, görüşün 62-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizə zamanı ayağından xəsarət alan komandanın kapitanı R.Sadiqov meydanı tərk etmək məcburiyyətində qalıb. Onu Ruslan Qurbanov əvəzləyib.

 Baqali Dabo isə 89-cu dəqiqədə zədələnib. Komandanın baş məşqçisi Roman Qriqorçuk bütün əvəzetmələrdən istifadə etdiyi üçün komanda son dəqiqələrdə 10 nəfərlə mübarizə aparmağa məcbur olub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı