“Milliyət” qəzeti: “Azərilərə qarşı bizi səfərdə sərt və sıxıntılı bir oyun gözləyir”

“Milliyət” qəzeti: “Azərilərə qarşı bizi səfərdə sərt və sıxıntılı bir oyun gözləyir”
ÖLKƏ FUTBOLU 8 Fevral 2010 / 12:27 3286
-  A +

Türkiyənin nüfuzlu “Milliyət” qəzeti bugünkü sayında Avro-2012-nin seçmə mərhələsində “ay-ulduzlular”ın rəqiblərini ayrı-ayrılıqda dəyərləndirib. Qol.Az-ın məlumatına görə, türkiyəli həmkarlarımız milli komandamızı bir cümləylə belə xarakterizə ediblər - “Onlara qol vurmaq çox çətindir”.
Türkiyəli jurnalistin fikrincə, Berti Foqtsun gəlişindən sonra millimizdə xeyli irəliləyiş var: “Azərbaycan 2008-ə qədər Avropanın ən zəif komandalarından biri idi. Amma Foqtsun gəlişindən sonra irəliləyiş hiss olunur. İndi Azərbaycanı məğlub etmək, hətta onlara qol vurmaq çox çətindir. Xüsusən də evdə hər bir komandaya başağrısı ola bilirlər.
Dünya çempionatı 2010-un seçmə mərhələsində Rusiya ilə 1-1 bərabərə qaldılar. Finlandiya və Uelsə də çox çətin anlar yaşatdılar. Bütün bunlar isə inkişafın göstəricisidir. Cavadov və Məmmədov qol vurmağa başladılar, Sadıqovun da Süper Lig təcrübəsini unutmamaq lazımdır. Azərilərə qarşı bizi xüsusən də səfərdə sərt və sıxıntılı bir oyun gözləyir”.
Türkiyəli həmkarlarımız milli komandamızın təxmini start heyətini də belə müyənləşdiriblər:
Ağayev, Allahverdiyev, Sadıqov, Yunisoğlu, Məmmədov, Şükürov, Baxşıyev, Abbasov, Cavadov, Subaşiç 

Xatırladaq ki, dünən keçirilən “Avro-2012”nin püşkatmasında Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan Azərbaycana rəqib olublar.

Daha çox


Son xəbərlər