"Qarabağ" bu gün Quzanlıda məşq edəcək

XƏBƏR 8 Fevral 2010 / 11:48 1727
-  A +

Unibank Premyer Liqasının XIX turu çərçivəsində "Karvan"la qarşılaşacaq Ağdamın "Qarabağ" klubu oyunun keçiriləcəyi Quzanlı qəsəbəsinə yola düşüb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam təmsilçisi bu gün axşam saatlarında "Karvan"la oyunun keçiriləcəyi Quzanlı Olimpiya kompleksinin stadionunda məşq edəcək.
Xatırladaq ki, fevralın 9-da keçiriləcək Unibank Premyer Liqasının XIX turunun "Qarabağ" - "Karvan" oyunu saat 14:15-də başlayacaq. Oyunun baş hakimi Rövşən Əhmədovdur.

Mənbə: pfl.az


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı