İlqar Qurbanov: “Qrupumuzda yer alan komandaların yalnız quru adları var”

İlqar Qurbanov: “Qrupumuzda yer alan komandaların yalnız quru adları var”
ÖLKƏ FUTBOLU 8 Fevral 2010 / 01:03 2568
-  A +

“Avro-2012”-nin püşkatmasının nəticələrini sizdən xəbər tutdum. Qrupumuzda dunya futbolunda öz sözünü demiş komandalar var. Fikrimcə, çətin qrupa düşmüşük”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Olimpik-Şüvəlan” klubunun yarımmüdafiəçisi İlqar Qurbanov deyib. Keçən mövsüm Türkiyə Bank Asiya birinci liqasında çıxış edən Qurbanov millimizin son oyunlarını təkrarlaya biləcəyi təqdirdə çətinliklə üzləşməyəcəyinə inanır: “Əslində bu komandaların yalnız quru adları var. Son illər bu komandalar heç də yaxşı nəticə göstərə bilmirlər. Turkiyə millisindən xal almaq olar. Türklər indi çox da yaxşı vəziyyətdə deyillər. Avstriya və Qazaxıstanı həm səfər, həm də öz meydanımızda məğlub edə bilərik. Belçikadan çox rahatlıqla xal almaq olar. Qrupumuzun aşkar favoriti isə Almaniyadır. Bununla belə, ikinci favorit komanda görmürəm. İndidən komandamızın hansı yerlər uğrunda mübarizə aparacağını söyləmək tezdir. Amma yüksək yerlər uğrunda oynaya bilərik”. İlqar hər bir azərbaycanlı futbolçu kimi hələ də millimizin baş məşqçisi Berti Foqtsdan dəvət gözlədiyini gizlətməyib: “İnşallah, Foqts məni milliyə çağırar”.

Daha çox


Son xəbərlər