Türkiyə Azərbaycanla eyni qrupa düşməkdən məmnundur

Türkiyə Azərbaycanla eyni qrupa düşməkdən məmnundur
ÖLKƏ FUTBOLU 7 Fevral 2010 / 20:28 2639
-  A +

Türkiyə Futbol Federasiyası (TFF) bu gün keçirilən «Avropa çempionatı - 2012»nin seçmə mərhələsinin püşkatma mərasimindən razı qalıb. Qol.Az-ın məlumatına görə, bu haqda TFF prezidentinin müşaviri Lutfi Arıboğan bildirib. «Qazaxıstan və Azərbaycan kimi Türkiyə ilə yaxın olan ölkələrlə yanaşı, soydaşlarımızın daha çox yaşadığı Almaniya, Belçika və Avstriyanın komandalarının bizə rəqib olması yaxşıdır. Biz püşkatmaya yeni baş məşqçimizlə gəlmək istəyirdik. Amma istədiyimiz olmadı. Hərçənd bu məsələylə bağlı problemimiz yoxdur. Çox yaxın zamanda yeni baş məşqçimizin adını açıqlayacağıq».
UEFA-nın vitse-prezidenti Şenes Erzik də püşkün nəticəsindən razı qaldığını bildirib.

Daha çox


Son xəbərlər