Viktor Katkov: “Bizi alman məşqçilərin timsalında çox maraqlı mübarizə gözləyir”

XƏBƏR 7 Fevral 2010 / 19:27 2314
-  A +

Qazaxıstan Futbol Federasiyasının (QFF) vitse-prezidenti, QFF-nın milli komandalar departamentinin direktoru Viktor Katkov "Avro-2012"-nin seçmə mərhələsinin püşkatmasına münasibət bildirib. Qol.Az-ın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, Katkov püşkün nəticəsindən razıdır: “Çox maraqlı qrupda yer almışıq. Demək olar ki, püşkatma elə mənim istədiyim və gözlədiyim kimi alındı. Bizim gənclərdən qurulan millimiz nə qədər güclü rəqiblərlə qarşılaşsa, bir o qədər yaxşı olar”.
QFF-nın rəsmisi almaniyalı məşqçilərin mübarizəsinin maraqlı alınacağını da deyib: “Qrupumuzun favoriti şübhəsiz, Almaniya və Türkiyə milliləridir. Hər iki komanda sonuncu qitə çempionatında yarımfinal oynayıb. Maraqlıdır ki, bizim kimi Almaniya və Azərbaycan millilərinə də məhz alman məşqçi rəhbərlik edir. Bu səbəbdən demək olar ki, bizi alman məşqçilərin timsalında çox maraqlı mübarizə gözləyir”.
Viktor Katkov Azərbaycan futbolu haqda da danışıb: “Berti Foqts Almaniya millisinə rəhbərlik edərkən ölkə futbolunun səviyyəsi elə də ürəkaçan deyildi. Amma onlar düzgün addım ataraq, uşaq futboluna böyük diqqət ayırdılar. Bunun da faydasını növbəti illərdə gördülər. İndi də eyni üsulu Foqts Azərbaycanda tətbiq edir. Azərbaycanda mövcud olan futbol akademiyasının komandası ötən il ölkəmizdə keçirilən prezident kubokunda yarışırdı. Mən onların çıxışını diqqətlə izləyirdim. Belə qənaətə gəldim ki, Azərbaycan və Qazaxıstanda futbolun inkişafı üçün demək olar ki, eyni işlər görülür”.

Xatırladaq ki, bu gün keçirilən «Avro-2012»nin püşkatmasında Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan Azərbaycana rəqib olublar.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi