Qazaxıstan millisinin baş məşqçisi: “Berti Foqtsla qarşılaşacağımdan məmnunam”

Qazaxıstan millisinin baş məşqçisi: “Berti Foqtsla qarşılaşacağımdan məmnunam”
XƏBƏR 7 Fevral 2010 / 18:53 2224
-  A +

Qazaxıstan millisinin baş məşqçisi Bernd Ştork Avro-2012-nin seçmə mərhələsinin püşkatmasına münasibət bildirib. Qol.Az-ın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, almaniyalı məşqçi həmyerlisi – millimizin çalışdırıcısı Berti Foqtsla qarşılaşacağından məmnundur: “Yer aldığımız qrup çox çətindir. Şübhəsiz ki, qrupun favoritləri Türkiyə və Almaniyadır. Bununla belə, digər kollektivləri də yaddan çıxartmaq olmaz. Bizim komandamız gənclərdən qrulub və onlar Almaniya və Türkiyə kimi nəhənglərlə oyunlarda özlərini göstərə bilərlər. Almaniyalı məşqçi kimi həmyerlilərim – Berti Foqts və Yoahim Lövə qarşı oynamaq çox maraqlı olacaq”.
Xatırladaq ki, bu gün keçirilən «Avro-2012»nin püşkatmasında Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan Azərbaycana rəqib olublar.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı