Türkiyə mətbuatı: «A» qrupu «Türk qrupu»dur»

XƏBƏR 7 Fevral 2010 / 18:46 2488
-  A +

Türkiyə mətbuatı «Avro-2012»nin bu gün keçirilən püşkatmasına geniş yer ayırıb. KİV-lər xüsusilə «A» qrupunda yer alan komandaların baş məşqçilərinin fikirlərini dərc ediblər. Qol.Az-ın məlumatına görə, stargundem.com saytı isə türkdilli ölkələr olan Türkiyə, Qazaxıstan və Azərbaycanın da yer aldığı A qrupuna «Türk qrupu» adı verib: «Türk cümhuriyyətlərindən olan Azərbaycan və Qazaxıstandan başqa soydaşlarımızın daha çox yaşadığı Almaniya, Belçika və Avstriya ilə eyni qrupa düşməyimiz səbəbindən «A» qrupuna «Türk qrupu» adı da vermək olar.


Son xəbərlər