Dik Advokat: “Azərbaycan rəqiblərə başağrısı olacaq”

Dik Advokat: “Azərbaycan rəqiblərə başağrısı olacaq”
XƏBƏR 7 Fevral 2010 / 18:41 2247
-  A +

Belçika millisinin baş məşqçisi Dik Advokat final mərhələsi 2012-ci ildə Ukrayna və Polşada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına münasibət bildirib. Qol.Az-ın məlumatına görə, hollandiyalı mütəxəssis Azərbaycan barədə də açıqlama verib: “Bizim qrupda zəif komanda yoxdur. Azərbaycan və Qazaxıstan milliləri istənilən rəqibə başağrısı olacaq. Qrupumuzdan hər bir komanda final mərhələsinə yüksələ bilər”.
Xatırladaq ki, bu gün keçirilən «Avro-2012»nin püşkatmasında Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan Azərbaycana rəqib olublar.


Son xəbərlər