Vüqar Nadirov: “Qazaxıstana bu dəfə də qol vurmaq istəyirəm”

Vüqar Nadirov: “Qazaxıstana bu dəfə də qol vurmaq istəyirəm”
XƏBƏR 7 Fevral 2010 / 18:38 2059
-  A +

“Qrupumuzda həm güclü, həm də orta səviyyəli rəqiblər var. İnşallah, çalışıb bu mərhələdə özümüzü yaxşı tərəfdən göstərəcəyik. Bunu etməyə imkan var. Qrupumuzu nə asan qrup adlandırardım, nə də çətin”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri milli komandamızın və “Qarabağ”ın hücumçusu Vüqar Nadirov deyib. Nadirov hansı komandalardan xal ala biləcəyimizi də qeyd edib: “Fikrimcə, Türkiyə və Qazaxıstan milliləri ilə oyundan xal almaq olar. Qrupumuzun favoriti qismində isə Almaniya və Belçikanı görürəm”.
Millimizin heyətində AÇ-2008 qarşılaşmasında səfərdə Qazaxıstan yığmasına qol vuran Vüqar Nadirov bunu təkrarlayacağına ümid edir: “Şahin Diniyevin rəhbərliyi altında Qazaxıstana qarşı oynadım və qol da vurdum. Yəqin ki, o vaxtdan bu zamana qədər Qazaxıstan millisində çox dəyişiklik olub. Hər halda yenidən qazaxları məyus etmək istəyirəm”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi