Rəşad Sadıqov: «Bu qrup nə zəifdir, nə də güclü»

ÖLKƏ FUTBOLU 7 Fevral 2010 / 17:55 2557
-  A +

«Düşdüyümüz bu qrupu nə zəif, nə də güclü hesab etmək olar. İndidən yaxşı təlim-məşq toplanışı keçib özümüzü uğurlu nəticələrə kökləməliyik». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib. Rəşad Sadıqov ilk oyunun kimlə olacağının da gələcək uğurlar üçün əhəmiyyət daşıdığını söyləyib. «Baş məşqçimiz Berti Foqts son oyunlarımızdan razılıq edir. Hər oyundan-oyuna irəli gedirik».
Rəşad Sadıqov püşkdən öncə beşinci səbətdən çıxacaq rəqibin kimliyini daha maraqla gözlədiyini bildirib: «Hamımız bilirik ki, bu gün Avropadakı komandaların çoxu bizdən güclüdür. Bu mənada, beşinci səbətdən Qazaxıstanın bizə rəqib olması məni məmnun etdi. Çünki Qazaxıstanla biz eyni gücdə olan komandalarıq. Albaniya və Çernoqoriyadansa, bizim üçün Qazaxıstan daha münasib rəqibdir».
Xatırladaq ki, bu gün keçirilən «Avro-2012»nin püşkatmasında Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan Azərbaycana rəqib olublar.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı