Ruslan Abışov: "Azərbaycan millisindən sürpriz və sensasiya gözləməyə dəyər"

XƏBƏR 7 Fevral 2010 / 17:04 2301
-  A +

“Mən əvvəlcədən də bildirmişdim ki, Türkiyə və Rusiya milliləri ilə qarşılaşmağı çox istəyərəm. Türkiyə millisinə qarşı oynamaq çoxdankı arzum idi. Heç bir rəqibdən çəkinmək lazım deyil. İnşallah qrupda öz oyunlarımızla da sübut edəcəyik ki, heç bir komandadan zəif deyilik. Futbolda hal-hazırda güclü və zəif rəqib anlayışı demək olar ki, yoxdur. Azərbaycan millisindən sürpriz və sensasiyalar gözləməyə dəyər”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri milli komandamızın və “Neftçi”nin müdafiəçisi Ruslan Abışov deyib.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı