Foqts: «Almanlarla oyunlardan külli-miqdarda gəlir əldə edə bilərik»

ÖLKƏ FUTBOLU 7 Fevral 2010 / 17:03 2504
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts «Avro-2012»nin seçmə mərhələsinin bu gün keçirilən püşkatma mərasiminin yekunları ilə bağlı alman jurnalistlərinə açılama verib. Qol.Az-ın Almaniyanın «Ekspress» nəşrinə istinadən yaydığı məlumata görə, Foqts Almaniya millisi ilə yenidən qarşılaşacaqlarından məmnun olduğunu söyləyib: «Püşkatmanın nəticəsindən razı qaldım. Almaniya komandası ilə oyunlardan biz külli-miqdarda gəlir əldə edə bilərik. Belə olsa, bu pul Azərbaycanda futbolun inkişafına sərf olunacaq».

 

Daha çox


Son xəbərlər