Qazaxıstan millisinin baş məşqçisinin arzusu çin oldu

Qazaxıstan millisinin baş məşqçisinin arzusu çin oldu
DÜNYA FUTBOLU 7 Fevral 2010 / 16:41 2507
-  A +

Avro-2012-nin seçmə mərhələsində milli komandamızla bir qrupa düşən Qazaxıstan millisinin baş məşqçisi Bernd Ştorkun arzusu çin olub. Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis Avro-2012-nin seçmə mərhələsinin püşkatmasından öncə rəqiblərlə bağlı danışarkən həmyerliləriylə qarşılaşmaq arzusunu dilə gətirib: “Almanlarla bir qrupa düşsəydik, əla olardı. Mən buna çox sevinərdim. Bir almaniyalı məşqçi kimi rəqib qismində Almaniya millisinə qarşı oynamaq mənim üçün çox maraqlı olardı.  
Xatırladaq ki, bu gün keçirilən püşkatma mərasimindən sonra milli komandamız Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan milliləriylə bir qrupda yer alıb.  


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi