Berti Foqts püşkatmanın nəticəsinə münasibət bildirdi

Berti Foqts püşkatmanın nəticəsinə münasibət bildirdi
XƏBƏR 7 Fevral 2010 / 16:38 1961
-  A +

Azərbaycan milli komandasının baş məşçisi Berti Foqts bu gün keçirilən Avro-2012-nin seçmə mərhələsinin püşkatması ilə bağlı fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, “A” qrupunda Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan komandaları ilə qarşılaşacaq millimizin baş məşqçisi AFFA-nın saytına açıqlamasında çox maraqlı və güclü qrupda mübarizə aparmalı olacaqlarını deyib: «Almaniyanın fovarit hesab olunan qrupda Türkiyə millisi də güclü komandadır. Bu komanda ilə yoldaşlıq oyunu keçirmişik və qüvvəsinə bələdik. Bütün komandamla, o cümlədən klub məşqçiləri ilə birlikdə bu qarşılaşmalara ciddi hazırlaşmalı, təlim-məşq toplanışlarını yüksək səviyyədə keçirməliyik. Ən yüksək nəticəni qazanmaqla azarkeşlərə baxımlı oyun nümayiş etdirməyə çalışacağıq. Milli komandaya dəstək olacaqlarına görə onların hər birinə əvvəlcədən dərin minnətdarlığımı bildirir və “çox sağ olun” deyirəm.”


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı