Suat Usta: “Arzum budur ki, Türkiyə və Azərbaycan əl-ələ verib final mərhələsinə vəsiqə qazansın”

Suat Usta: “Arzum budur ki, Türkiyə və Azərbaycan əl-ələ verib final mərhələsinə vəsiqə qazansın”
XƏBƏR 7 Fevral 2010 / 16:32 2275
-  A +

“Avro-2012-nin püşkatma nəticələrindən xəbərdaram. Həm Türkiyə, həm də Azərbaycan üçün inşallah, xeyirli olar. Səhv etmirəmsə, Azərbaycan və Türkiyə 2001-ci ildə də eyni qrupda yer alıb. Bu, artıq ikinci dəfə baş verir. Arzum budur ki, Türkiyə və Azərbaycan əl-ələ verib final mərhələsinə vəsiqə qazansın”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Neftçi”nin türkiyəli müdafiəçisi Suat Usta Avro-2012-in püşkatmasını dəyərləndirərkən deyib. Suat bildirib ki, qrupdan çıxmaq üçün digər bütün komandaları məğlub etmək lazımdır: “Hər kəs çox çalışaraq, oyunlara yüksək səviyyədə hazırlaşmalıdır. Artıq dünya futbolunda zəif komanda anlayışı qalmayıb. Bu səbəbdən indi futbolda adlar böyük rol oynamır. Götürək, “Avro-2010-u”. Türkiyə millisi dünya çempionatından kənarda qaldı. Azərbaycan millisinin qrupda neçənci olacağını indidən söyləmək çətindir. Hər halda hər şeyə meydanda aydınlıq gələcək”.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki