Bülənt Qorxmaz: «Bakıdakı oyun Türkiyə komandası üçün çox çətin keçəcək»

Bülənt Qorxmaz: «Bakıdakı oyun Türkiyə komandası üçün çox çətin keçəcək»
ÖLKƏ FUTBOLU 7 Fevral 2010 / 15:57 2326
-  A +

«Türkiyə və Azərbaycan milli komandalarının 2012-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bir qrupa düşməsi məni çox sevindirdi». Bu sözləri «Bakı» klubunun baş məşqçisi, Türkiyə milli komandasının və «Qalatasaray»ın sabiq müdafiəçisi Bülənt Qorxmaz Qol.Az-ın müxbiri ilə söhbətində bildirib. O, qrupda əsas favorit kimi Almaniya, Türkiyə və Avstriya komandalarını gördüyünü söyləyib. «Bununla belə, Azərbaycan millisinin budəfəki yarışlarda uğurla nəticə qazanacağına ümid edirəm. Əgər Azərbaycan Rusiyayla Bakıdakı oyununu «Avro-2012»nin ev oyunlarında da təkrarlasa, yaxşı nəticələr əldə edə bilər. Hazırda Azərbaycan futbolu inkişaf mərhələsindədir. Sizin qarşınızda hələ uzun bir yol var».
Bülənt Qorxmaz Türkiyə ilə Azərbaycan komandaları arasında oynanılacaq matçlarla bağlı fikirlərini də deyib: «Hər iki komanda hansı ölkədə çıxış etməsindən asılı olmayaraq, öz meydanında oynamış kimi olacaq. Hesab edirəm ki, Bakıdakı oyun Türkiyə komandası üçün çox çətin keçəcək. Nəticənin necə olacağını isə deməkdə çətinlik çəkirəm».

Xatırladaq ki, bu gün keçirilən püşkatma mərasimində Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan komandaları Azərbaycan millisinə rəqib olub.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki