Ponomaryovun komandası məğlub oldu

Ponomaryovun komandası məğlub oldu
XƏBƏR 7 Fevral 2010 / 17:28 2237
-  A +

Milli komandamızın sabiq üzvü Anatoli Ponomaryovun çıxış etdiyi Türkiyənin “Orduspor” klubu bu gün Bank Asiya birinci liqində növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Ordu təmsilçisi səfərdə “Kayseri Ərciyyəspor”un qonağı olub. Görüş "Ərciyyəspor"un 3:2 hesablı qələbəsiylə başa çatıb. Matça fəal başlayan Ponomaryovun komandası üçüncü dəqiqədə hesabı açsa da, 10-cu dəqiqədə meydan sahibləri hesabı bərabərləşdiriblər. Bununla belə, 39-cu dəqiqədə  Turkgulərin qolu ilə yenidən önə keçən "Orduspor" fasiləyə üstün yollanıb. Lakin ikinci 45 dəqiqədə təzyiqi artıran "Ərciyyəspor" vurduğu 2 qolla Ronomaryovun komandasını 3:2 hesablı məğlubiyyətə uğradıb.  


Son xəbərlər