“Məğlubiyyəti hakimlə əlaqələndirmək olmaz” - Coşqun Diniyev

“Məğlubiyyəti hakimlə əlaqələndirmək olmaz” -  Coşqun Diniyev
MÜSAHİBƏ 3 Oktyabr 2016 / 00:59 3681
-  A +

“Qarabağ”ın futbolçusu Coşqun Diniyev Topaz Premyer Liqanın 7-ci turunda ''Qəbələ'' ilə matçdan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.


- Oyun haqqında fikirlərinizi bilmək maraqlı olardı...

- Bu görüşün çox çətin olacağını bilirdik. “Qəbələ” hal-hazırda, demək olar ki, Azərbaycan Premyer Liqasının ən güclü klubudur. Qələbə qazanmağa çalışdıq, amma alınmadı. Yəqin ki, bu gün “Qəbələ”nin günüymüş. Nə etmək olar, qarşıdakı oyunlara köklənəcəyik.

- Artıq ölkə çempionatında son iki oyundur ki xal itirirsiniz. Əvvəlki turda “Kəpəz”lə 1:1 hesablı bərabərlik, bu gün isə “Qəbələ”yə məğlubiyyət. Oyunçular arasında və ya komandada nələrsə baş verir?

- Yox, komanda daxilində heç nə baş vermir. Hər bir komanda ardıcıl bir neçə oyunu uduza bilər. Bunun şanssızlıqla da əlaqəli olması mümkündür. Komanda uğursuzluq sınağından asanlıqa və ya çətinliklə çıxa bilər. Biz çalışacağıq ki, özümüzü tez toparlayaq və uğur qazanaq.

- Ardıcıl iki oyundur sizin keçirdiyiniz matçlarda Rəhim Həsənov baş hakim funksiyasını yerinə yetirir və siz xal itirirsiniz. Bu uğursuzluğu hakimlə əlaqələndirmək olarmı?
- Belə fikirləşmirəm. Məğlubiyyəti və ya xal itkisini birbaşa hakimlə əlaqələndirmək olmaz. Ümumiyyətlə, hakimlik barədə nəsə bildirmək istəmirəm. 90 dəqiqə ərzində meydanda nə baş verirsə qırağdakılar hər şeyi görür. Hakim də insandır, hansısa komandaya qarşı səhv edə bilər. Bunu qiymətləndirmək bizim işimiz deyil.

- Coşqun, düşünmək olarmı “Qarabağ” ardıcıl 3 ildir çempion olur və bu da komandada əminlik yaradıb?
- Əgər komandada əminlik olsaydı, bu gün “Qarabağ” “Qəbələ” qarşısında sıfıra bərabər oyun oynayardı. Biz bu gün pis oynamadıq. Birinci hissədə oyunumuz alınmasa da, ikinci hissə bizim üstünlüyümüz ilə keçdi, lakin qol vura bilmədik. Keçən illərdəki qalibiyyətləri və nailiyyətlər builki nəticələrə birbaşa bağlanmır. Yenə də deyirəm, bu, bir dönəmdir və biz bu dönəmdən tez bir zamanda çıxacağıq.

Məftun Mahiroğlu

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord