"Çalışacağıq ki, sərfəli nəticə ilə qayıdaq" - Qurban Qurbanov

"Çalışacağıq ki, sərfəli nəticə ilə qayıdaq" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 28 Sentyabr 2016 / 21:37 4533
-  A +

“Tarixi olan bir komandaya qarşı oynayacağıq. “Fiorentina” güclü komandadır, futbolçuların hər biri yüksək ustalıq keyfiyyətlərinə malikdir, komanda olaraq da çox təcrübəlidir".

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Fiorentina" ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, yaxşı nəticə qazanmaq üçün mübarizə aparacaqlarını bildirib:

"Rəqibin heyətində Kaliniç, İliçiç, Valero və bir neçə təhlükəli futbolçular var. Çalışacağıq ki, sərfəli nəticə ilə qayıdaq”.

Daha çox


Son xəbərlər