“Qarabağ”a problem yaratmalıyıq” – “Fiorentina”nın baş məşqçisi

“Qarabağ”a problem yaratmalıyıq” –  “Fiorentina”nın baş məşqçisi
ÖLKƏ FUTBOLU 28 Sentyabr 2016 / 16:55 5441
-  A +

“Biz bu turnirə yaxşı başlamışıq. İlk turda səfərdə PAOK-la heç-heçə etsək də, qələbəyə layiq idik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Fiorentina”nın baş məşqçisi Paulo Souza Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib.

O, “Qarabağ” haqda müsbət fikirdə olduğunu bildirib:

“Qarabağ” artıq 8 ildir ki, eyni baş məşqçinin rəhbərliyi altında çıxış edir. Beynəlxalq oyun təcrübələri də çoxdur. Çalışacağıq ki, rəqibə fərqli yollarla problem yaradaq. Hazırlığımızı meydanda göstərməliyik.

Əsas məqsədim komandada sağlam rəqabət yaratmaqdır. Oyunumuzda eniş və yüksəliş ola bilər. Ancaq oyun ənənəmizi qorumalıyıq. Sabahkı görüşdə də oyunumuza sadiq qalacağıq.Jurnalistlər nəticəni əsas hesab edir, ancaq komanda getdikcə artırmaqla yaşayır”.

Qeyd edək ki, sabah keçiriləcək “Fiorentina” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı