İqor Ponomaryov: “Neftçi”ni bu vəziyyətdə görmək ağırdır”

İqor Ponomaryov: “Neftçi”ni bu vəziyyətdə görmək ağırdır”
ÖLKƏ FUTBOLU 28 Sentyabr 2016 / 16:34 3292
-  A +

Veteran futbolçumuz İqor Ponomaryov İsgəndər Cavadovun 60 illik yubileyi münasibətilə nəşr olunmuş kitabın təqdimat mərasimindən öncə jurnalistlərin suallarını cavablandırıb.

- Bakıya budəfəki səfərinizin məqsədi yalnız İsgəndər Cavadovun yubileyində iştirak etməkdir?

- Bəli, təkcə buna görə gəlmişəm. Təşəkkür edirəm ki, məni bu tədbirə dəvət ediblər. İsgəndərlə bir yerdə böyümüşük, dostuq. Bir-birimizin evindəki problemlərə qədər xəbərimiz olur, həyatımızın xoşbəxt anlarını birgə bölüşürük.

- Sabiq komandanız “Neftçi” hazırda yaxşı günlərini yaşamır. Bu haqda nə deyə bilərsiz?

- Dəqiq nəsə demək çətindir. Çünki komandanın daxilində nələrin baş verdiyini söyləmək çətindir.

- Hazırda “Neftçi”ni bu bərbad vəziyyətdən çıxarmaq üçün nə etmək lazımdır?

- Bunun üçün klubun rəhbərliyi var. Onlar çıxış yolu tapmalıdırlar. Lazım olsa, hər zaman kömək etməyə hazıram. “Neftçi”ni belə vəziyyətdə görmək ağırdır.

- İsveçdə nə işlə məşğulsunuz?

- "Neftçi Stokholm" klubu yaratmışıq. Klub Azərbaycanın Stokholmdakı Konqressinin dəstəyi sayəsində formalaşıb. Hələ ki, heç bir yerdə oynamırıq. İlk addımlarımızı atırıq.

- Həmin komandada yalnız azərbaycanlılar çıxış edəcək?

- Xeyr. Belə bir məhdudiyyət yoxdur. Sadəcə, ölkəmizi populyarlaşdırmaq istəyirik. İsveçdə Türkiyə komandaları var. Qoy "Neftçi" də olsun.

- Azərbaycandan son zamanlar hansısa təklif almısız?

- Xeyr.

- Oğlunuz Anatoli nə işlə məşğuldur?

- Onun menecerlik agenti var. O da bu yolda yenicə addımlamağa başlayıb. Bu yay hər hansı transfer reallaşdıra bilmədi.

Mənbə: futbolxeber.az

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki