Cüneyt Çakır çətin durumda - Şəkillər

Cüneyt Çakır çətin durumda -  Şəkillər
XƏBƏR 28 Sentyabr 2016 / 14:44 6557
-  A +

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Lester” – “Portu” oyununun (1:0) baş hakimi Cüneyt Çakır qonaq komandanın futbolçuları və azarkeşlərinin təzyiqi ilə üzləşib.

Qol.az-ın məlumatına görə, türkiyəli referinin bəzi qərarları “Portu” futbolçularının kəskin etirazına səbəb olub.

“Qalatasaray”ın sabiq futbolçusu Aleks Telles isə etirazını daha sərt şəkildə bildirib. Daha sonra komanda yoldaşları hakimin üzərinə hücum çəkən braziliyalı futbolçunu sakitləşdirib.

Qeyd edək ki, oyundan sonra "Portu"lu azarkeşlər sosial şəbəkədə C.Çakırı ittiham edən fikirlər səsləndiriblər.












Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər