Hakimin maşını partladıldı

Hakimin maşını partladıldı
XƏBƏR 28 Sentyabr 2016 / 15:00 2955
-  A +

Yunan Kiprində bir futbol hakiminin maşınına bomba qoyulub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Kipr Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Charalambos Skapoullis bildirib ki, çərşənbə axşamı gecə saat 3 radələrində hakim Giorgos Nicolaounun maşını partladılıb.

“Bu, qəbuledilməz haldır. Nicolaou son vaxtlar narazılığa səbəb olacaq oyun idarə etməyib. Bu bombalı hücumun səbəbi futbolla əlaqədar deyil”.

Polis isə başqa versiya irəli sürüb. Hüquq-mühafizə orqanları hesab edir ki, Nicolaounun maşınının partladılması onun futbol fəaliyyəti ilə əlaqədardır. “Güman edirik ki, maşını azarkeşlər partladıb”.

Qeyd edək ki, partlayış vaxtı hakim özü maşında olmayıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord