Zidan utanır

Zidan utanır
DÜNYA FUTBOLU 28 Sentyabr 2016 / 13:57 6254
-  A +

“Real”ın baş məşqçisi Zinəddin Zidan “Borussiya” ilə Çempionlar Liqasında dünən keçirilən oyunu (2:2) şərh edib.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Dortmunddakı oyundan sonra təşkil olunan mətbuat konfransında o, komandasının yaxşı oyun nümayiş etdirdiyini, amma nəticədən narazı qaldığını bildirib.

“Düzdür, bir xal da pis deyil. Amma biz daha artığına layiq idik. Ən acınacaqlısı odur ki, futbolçularımızın fədakarlığına baxmayaraq, oyunun bitməsinə üç dəqiqə qalmış qol buraxdıq və qələbəni əldən verdik. Bununla belə, komandamla fəxr edirəm”.

Zidan “Real” ın La Liqa da daxil olmaqla son üç oyunda xal itirməsinə də də toxunub: “Mən utanıram ki, bu matçlarda qalib gələ bilməmişik”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı