"Tapşırıqlar yerinə yetiriləndə nəticə də yaxşı olur"

"Tapşırıqlar yerinə yetiriləndə nəticə də yaxşı olur"
XƏBƏR 27 Sentyabr 2016 / 21:40 2560
-  A +

"Sumqayıt”ın məşqçisi Seymur Rəhimov "Neftçi"ni səfərdə 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasında VI tur matçından sonra mətbuat konfransı keçirib.

Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, baş məşqçi Samir Abasov cəzalı olduğu üçün jurnalistlər önünə köməkçi-məşqçi çıxıb.
 
Oyunun gərgin keçdiyini deyən Rəhimov komandasının verilən tapşırıqları yerinə yetirdiyini bildirib:

"3 xal həm "Neftçi”yə, həm də bizə lazım idi. Şükür ki, biz qazandıq. Hər oyuna qələbə üçün çıxırıq. Tapşırıqlar düzgün yerinə yetiriləndə, nəticə də yaxşı olur".
 
Məşqçi Rəhimovu tez əvəzləməsini yüngül zədəli olması ilə əlaqələndirib. O, oyunçu dəyişikliklərini öncədən planlaşdırıldığı kimi, Abasovun telefonla verdiyi tapşırıq əsasında gerçəkləşdirdiklərini söyləyib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki