"Totti, sənə pərəstiş edirəm" – Messi

"Totti, sənə pərəstiş edirəm" –  Messi
XƏBƏR 27 Sentyabr 2016 / 15:35 4932
-  A +

“Barselona”nın futbolçusu Lionel Messi “Roma”nın hücumçusu Françesko Tottini 40 yaşı münasibəti ilə təbrik edib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  o, təbrik mesajında Tottiyə pərəstiş etdiyini bildirib:

"Françesko, doğum gününü təbrik edirəm. Ümid edirəm ki, əla bir gün yaşayacaqsan. Mən həmişə sənə pərəstiş etmişəm. Səninlə görüşdüyüm günü isə heç vaxt unutmuram”.

Messidən başqa, bir çox tanınmış futbolçu da Tottini təbrik edib.


Son xəbərlər