"№11 İsgəndər Cavadov" kitabı işıq üzü gördü

"№11 İsgəndər Cavadov" kitabı işıq üzü gördü
XƏBƏR 27 Sentyabr 2016 / 15:28 1920
-  A +

Bugünlərdə 60 yaşını qeyd edən Azərbaycan futbolunun tanınmış nümayəndəsi, "Neftçi"nin canlı əfsanəsi İsgəndər Cavadovun həyatından və karyerasından bəhs edən kitab hazırlanıb.

Qol.az xəbər verir ki, avtobioqrafik xarakter daşıyan kitab "№11 İsgəndər Cavadov" adlanır. Həm Azərbaycan, həm də rus dilində nəşr olunan kitabda məşhur hücumçu haqda indiyədək bilmədiyimiz və eşitmədiyimiz faktlar toplanıb. Kitabda onun həyatı, futbolçu karyerası, SSRİ dövründə "Neftçi" klubunda baş verənlər barədə düşüncələri dolğun şəkildə oxuculara təqdim olunur.

Kitabın müəllifi ATV kanalının jurnalisti Sənan Şəfizadə, redaktoru Mahir Rüstəmlidir.

Dostları və yaxınlarının dəstəyi ilə hazırlanan "№11 İsgəndər Cavadov" kitabının təqdimat mərasimi sabah sentyabrın 28-də saat 13-00-da "Trend" İnformasiya Agentliyinin mətbuat konfransı zalında olacaq.


Son xəbərlər