“Qrupumuzun üzvləri idarəçilikdən kənarlaşdırılıb” - “İmarət”dən açıqlama

“Qrupumuzun üzvləri idarəçilikdən kənarlaşdırılıb” - “İmarət”dən açıqlama
XƏBƏR 27 Sentyabr 2016 / 13:55 5320
-  A +

“İmarət” Fan-klubunun Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi naməlum şəxslər tərəfindən ələ keçirilib.

Bu haqda Qol.az-a Fan-klubdan məlumat verilib. “İmarət”in futbol ictimaiyyəti üçün ünvanladığı müraciətdə deyilir:

“Əziz həmvətənlilər!

Bildiyiniz kimi artıq 5 ildir ki, “İmarət” Azarkeş qrupunun eyni adlı Facebook səhifəsi fəaliyyət göstərirdi. Səhifənin təyinatı adından da bəlli olduğu kimi, “Qarabağ” futbol klubunu azarkeş dəstəyi ilə təmin etmək üçün azarkeş qrupunun fəaliyyəti və təşkilatçılıq barədə azarkeşləri, eləcə də digər ictimaiyyət nümayəndələrini məlumatlandırmaq olub. Təəssüf hissi ilə qeyd edirik ki, 26.09.2016-cı il tarixdə səhər saatlarında “İmarət Azarkeş Qrupu” adlı feysbuk səhifəmiz naməlum şəxs tərəfindən ələ keçirilib, qrupumuzun üzvləri idarəçilikdən kənarlaşdırılıb. On beş min nəfərdən artıq üzvü olan səhifənin hansı məqsədlə və hansı yolla ələ keçirilməsi hazırda bizə məlum deyil. Bu barədə Facebook sosial şəbəkəsinə artıq məktub ünvanlamışıq. Qarşıdakı günlərdə hüquq-mühafizə orqanlarına mövcud məsələ ilə bağlı şikayət edəcəyik.

Məlumat üçün bildiririk ki, hazırda azarkeş qrupumuzun qollarına məxsus “İmaret Europe”, “İmarət Tayfa” və “İmarət Türkiyə səhifələri üzvülərimiz tərəfindən idarə olunur. Bir daha qeyd etmək istəyirik ki, dünənki tarixdən etibarən adı çəkilən Facebook səhifəsindən edilən paylaşımlara görə Azarkeş qrupumuz heç bir cavabdehlik daşımır”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı