Aşağı liqaların durumuna bax! -12 texniki məğlubiyyət

Aşağı liqaların durumuna bax! -12 texniki məğlubiyyət
ÖLKƏ FUTBOLU 27 Sentyabr 2016 / 13:44 3700
-  A +

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.az-ın məlumatına görə, toplantıda oyunlara qatılmayan komandaların taleyinə aydınlıq gəlib.

Müxtəlif yaş qruplarının liqalarının son turunda düz 12 belə hal müşahidə olunub. İntizam Komitəsi həmin komandaları texniki məğlubiyyətlə cəzalandırıb.

U-16 Liqasında "MKT Araz”, U-15 Liqasında isə "Rəvan” "Simurq”la qarşılaşmaya gəlməyib. U-14 Liqasında "Təhsil”(Sumqayıt) – "Abşeron”(Xırdalan) oyunu da baş tutmayıb. Buna səbəb Xırdalan təmsilçisinin matçda iştirak etməməsi olub. Eyni çempionatda Balakən təmsilçisi UGİM "Simurq”, U-13 Liqasında "Sumqayıtspor” martın 7-də "Abşeron”la, 1 həftə sonra isə İOEUGİM-lə (Sumqayıt), U-12 Liqasında "Həkəri” (Sumqayıt) İOEUGİM-lə görüşdə iştirak etmədikləri üçün texniki məğlubiyyətlə cəzalandırılıblar. Bundan əlavə  U-12 Liqasının "Təhsil” (Sumqayıt) – "Sumqayıtspor” (Sumqayıt) matçında qonaqların heyətində yetərsay olmadığına görə klub eyni aqibətlə üzləşib.

Üstəlik  U-11 liqasında RİOEUGİM, U-10 liqasında "Abşeron" və "Viktoriya"ya  (Zaqatala) da analoji hallara görə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Daha çox


Son xəbərlər