Əfsanəvi Totti 40 yaşında!

Əfsanəvi Totti 40 yaşında!
XƏBƏR 27 Sentyabr 2016 / 13:28 2340
-  A +

"Roma"nın futbolçusu Françesko Tottinin bu gün yubileyidir.

Qol.az-ın məlumatına görə, İtaliya millisinin sabiq hücumçusunun 40 yaşı tamam olur.

F.Totti 1976-cı ilin sentyabrın 27-də Romada doğulub.

Onun peşəkar futbol karyerası 1991-ci ildən başlayıb. 1993-cü ildə “Roma”nın əsas komandasında debüt edib. O vaxtdan da indiyə kimi klub səviyyəsində ancaq bu komandada oynayıb.

Totti "Roma"da 763 oyuna 306 qol burub.

O, 1998-2006-cı illərdə İtaliya millisinin əsas komandasında çıxış edib (58 oyun, 9 qol).

O, 40 yaşında olmasına baxmayaraq, hazırda da “Roma”da çıxış edir və bu mövsüm A seriyasında qol da vura bilib.

F.Tottini ad günü münasibəti ilə Lionel Messi, Fernando Torres və bir çox məşhur futbolçu təbrik edib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı