Zidandan Ronaldo açıqlaması – “Mən axmaq deyiləm”

Zidandan Ronaldo açıqlaması – “Mən axmaq deyiləm”
DÜNYA FUTBOLU 27 Sentyabr 2016 / 13:15 7590
-  A +

"Real"ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Kriştiano Ronaldo ilə aralarında yaranış gərginliyə münasibət bildirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, portuqaliyalı hücumçu ilə münasibətlərinin normal olduğunu bildirib. Fransalı mütəxəssis təkcə Ronaldonun yox, bütün futbolçuların əvəzləndiyi zaman əsəbiləşdiyini vurğulayıb:

"Borrusiya" ilə Çempionlar Liqasındakı qarşıdakı görüşü düşündüyüm üçün Ronaldonu əvəzlədim. Mən onun xeyirinə qərar qəbul etdim. Bu barədə çox şey danışdılar. Ancaq biz belə şeylərə öyrəşməliyik. Mən axmaq deyiləm, Ronaldo da ağıllıdr. Biz burada eyni hədəflərə görə çalışırıq".

Qeyd edək ki, K.Ronaldo La Liqanın 6-cı turunda "Las Palmas"la oyunun 72-ci dəqiqəsində əvəzləndiyi üçün baş məşqçisi Zinəddin Zidana "Fahişə oğlu" dediyi iddia edilib. Bundan başqa, portuqaliyalı hücumçunun Zidandan klub prezidenti Florentino Peresə şikayət etdiyi barədə məlumat yayılıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı