"İnter"in transfer cəzası rəsmiləşdi – AFFA-dan qərar

"İnter"in transfer cəzası rəsmiləşdi – AFFA-dan qərar
GÜNDƏM 27 Sentyabr 2016 / 12:43 3022
-  A +

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

Qol.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, iclasda FİFA tərəfindən “İnter”ə verilən cəza rəsmiləşib.
 
Ali futbol qurumu sentyabrın 6-da AFFA-ya məktub ünvanlayaraq, FİFA-nın Nizam-İntizam Komitəsinin “İnter” haqqında 26.05.2016-cı il tarixində qərar qəbul etdiyini bildirib.
 
Komandanın keçmiş futbolçusu Yohan Bokonyano arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən növbəti iki transfer dövründə yeni futbolçu qeydiyyatına qadağa qoyulması göstərilib. AFFA İntizam Komitəsi də bu qərarı təsdiqləyib və bakılıların növbəti iki transfer dövründə yeni futbolçu qeydiyyatına qadağa qoyulub.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı