"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi Almaniyanın "Maynts" klubu Bakıya itkilərlə gələcək.
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, sentyabrın 29-da keçiriləcək oyunda Almaniya təmsilçisinin bir neçə əsas üzvü meydanda olmayacaq.
Bundesliqanın V turunda "Bayer"lə oyunda zədələnən mərkəz müdafiəçisi Leon Baloqun, müdafiəçi və müdafiəyəmeyilli yarımmüdafiəçi funksiyasını yerinə yetirən Andre Ramalyo "Qəbələ" ilə oyunda forma geyinməyəcək. Futbolçular ölkə çempionatının VI turunda "Volfsburq"la görüşdə də meydana çıxmayacaq. Hazırda bərpa prosesi keçən müdafiəçi Jan-Filipp Qbame ən yaxşı halda "Volfsburq"a qarşı çıxış edə biləcək. Baş məşqçi bu futbolçuya bəzi oyunlarda yarımmüdafiə mövqeyini də həvalə edir. Zədəli kapitan Niko Bunqert isə "Qəbələ" ilə oyunda ehtiyat oyunçular skamyasında əyləşə bilər. Ştefan Bell və Aleksandr Hak isə zədəli müdafiəçiləri əvəzləyə biləcək futbolçular siyahısındadır.
"Maynts"da müdafiəçilərdən əlavə, müdafiəyəmeyilli yarımmüdafiəçilər də zədəlidir. Baş məşqçi Martin Şmidt bu mövqedə Denni Latzanın xidmətindən yararlana bilməyəcək. O da uzun müddət yaşıl meydanlarda olmayacaq. Xose Rodriges Bundesliqada 3 həftə buraxmalı olacaqsa, Suat Serdar əzələsindəki zədə sağaldıqdan sonra komandasına kömək edə biləcək. Komandanın digər yarımmüdafiəçisi Fabian Frey isə 90 dəqiqə oynamaq gücündə deyil.
Bu mövqelərdə çıxış edən futbolçuların zədələnməsini baş məşqçi Şmidt belə izah edib: "Müdafiə və dayaq yarımmüdafiəçisi mövqeləri çoxlu yüklənmə tələb edir. Hansı ki, bu mövqelərdə daha çox topla oynayırıq. Hər bir hücumu dəf etmək məcburiyyətində olursan və həmişə hücuma çıxmalısan. Hər oyunda bu futbolçular 12 km məsafə qət etməlidirlər".
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Maynts" oyunu saat 19:00-da başlayacaq.
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video