"Qəbələ"nin legioneri milliyə çağırılmadı

"Qəbələ"nin legioneri milliyə çağırılmadı
GÜNDƏM 27 Sentyabr 2016 / 10:15 3147
-  A +

"Qəbələ"nin futbolçusu Nika Kvekveskiri Gürcüstan millisinə çağırılmayıb.

Qol.az-ın məlumatına görə, buna səbəb onun zədəsinin hələ də sağalmamasıdır.

Buna görə o,  DÇ-2018-in seçmə mərhələsində oktyabrın 6-da Uels, 9-da İrlandiya ilə keçiriləcək matçlardan kənarda qalıb.   
 

Həkimlər onun sözügedən görüşlərədək tam forma yığma bilməyəcəyi qənaətinə gəldiyi üçün Gürcüstan millisinin baş məşqçisi Vladimir Vayss Kvekveskiriyə dəvət göndərməyib.  

Qeyd edək ki, Kvekveskiri Avropa Liqasının qrup mərhələsində "Anderlext"lə səfər oyunu öncəsi məşq zamanı zədələnib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı