“Bavariya” sonuncu klubum olacaq" - Alonso

“Bavariya” sonuncu klubum olacaq" -  Alonso
XƏBƏR 27 Sentyabr 2016 / 02:00 3087
-  A +

“Bavariya”nın futbolçusu Xavi Alonso gələcək karyerası haqda danışıb.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispaniyalı yarımmüdafiəçi Münhen klubundan ayrılmaq fikrində olmadığını deyib:

“Düşünürəm ki, “Bavariya” mənim son klubum olacaq. Hələ ki, oynamağa gücüm var. Ən yüksək səviyyədə çıxış etməyə davam edəcəm. Hələ ki, yeni müqavilə ilə bağlı qərar verməmişəm. Arzum “Bavariya” ilə Çempionlar Liqasını qazanmaqdır. Bunu bacara bilərik”.

Qeyd edək ki, 35 yaşlı futbolçu 2014-cü ildə “Real”dan “Bavariya”ya keçib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi