"Barselona" onu da komandada saxlayır

"Barselona" onu da komandada saxlayır
XƏBƏR 26 Sentyabr 2016 / 19:59 4548
-  A +

"Barselona" futbolçusu Serxi Roberto ilə müqaviləni yeniləməyə hazırlaşır.

Qol.az-ın İspaniy mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı tərəflər arasında razılıq əldə olunub. 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə imzalanacaq.

Kataloniya klubu yeni müqavilə ilə S.Robertonun təzminat qiymətini yüksəldəcək. Onun hazırkı qiyməti 40 milyon avro təşkil edir.

Qeyd edək ki, "Barsa"nın baş məşqçisi Luis Enrike S.Robertonun oyununu çox bəyəndiyini, onunla yeni müqavilə imzalaya biləcəklərini söyləyib.


Son xəbərlər