PSJ-nin futbolçusu barədə - həbs qərarı

PSJ-nin futbolçusu barədə - həbs qərarı
XƏBƏR 26 Sentyabr 2016 / 17:15 4068
-  A +

Bu gün Paris məhkəməsi PSJ-nin futbolçusu Serj Orye barədə 2 aylıq həbs qərarı verib.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, məhkəmə Oryeni polis əməkdaşına hücum etməkdə təqsirli bilib.

Amma qərar dərhal qüvvəyə minməyib. Futbolçunun vəkilləri qərardan apelyasiya şikayəti verəcəklər. Onlar həbs qərarının ictimai işlərlə və cərimə cəzasının artırılması ilə əvəzlənməsini istəyirlər.

Xatırladaq ki, bu ilin may ayında Orye ilə polis arasındakı qarşıdurma yaşanıb. Hadisə futbolçu və dostları sərxoş halda gecə klubundan çıxandan sonra baş verib. Futbolçunun polisləri təhqir etdiyi və onların üzərinə hücum çəkərək az qala vurmaq istəyi iddia olunur.


Son xəbərlər