"Qəbələ" - "Maynts": biletlər satışda

"Qəbələ" - "Maynts":   biletlər satışda
XƏBƏR 26 Sentyabr 2016 / 15:20 3622
-  A +

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Maynts" (Almaniya) oyununun biletləri satışa çıxarılıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, biletləri bu gündən etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və 8-ci kilometr qəsəbə stadionunun kassalarından almaq olar.

Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, sentyabrın 29-da 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Maynts" matçı saat 19:00-da başlayacaq.


Son xəbərlər