Ronaldo-Zidan gərginliyi böyüyür

Ronaldo-Zidan gərginliyi böyüyür
XƏBƏR 26 Sentyabr 2016 / 14:01 8120
-  A +

“Real”ın hücumçusu Kriştiano Ronaldo ilə baş məşqçisi Zinəddin Zidan arasındakı gərginlik böyüyür.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumşu Zidandan klub prezidenti Florentino Peresə şikayət edib.

Buna Ronaldonun dünən La Liqada “Las Palmas”la oyunun (2:2) 72-ci dəqiqəsində əvəzlənməsi səbəb olub. Qeyd edək ki, bu əvəzetmədən Ronaldo narazı qalıb. Onun buna görə Zidana hətta ana söyüşü etdiyi də bildirilir.

Bu hadisədən sonra F.Peresin Ronaldonu sakitləşdirmək üçün ona sms yazdığı bildirilir. Amma cavabında Ronaldo yazıb ki, “belə davam edə bilməz, “Real” düz yolda deyil”.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"