"Qəbələ"nin Avroliqa oyununu bu hakim idarə edəcək

"Qəbələ"nin Avroliqa oyununu bu hakim idarə edəcək
XƏBƏR 26 Sentyabr 2016 / 12:47 3100
-  A +

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Qəbələ" - "Maynz" oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın xəbərinə görə, qarşılaşmanı Litva Futbol Federasiyasından Qediminas Mazeika idarə edəcək. Ona həmyerliləri Vyautas Simkus və Vytenis Kazlauskas köməklik edəcək. Dördüncü hakim funksiyasını Vladimir Qerasimov yerinə yetirəcək.

Qeyd edək ki, "Qəbələ" - "Maynz" görüşü  sentyabrın 29-u saat 19:00-da başlayacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki