Ronaldo ilə Zidan arasında gərginlik - "Fahişə oğlu"

Ronaldo ilə Zidan arasında gərginlik - "Fahişə oğlu"
XƏBƏR 26 Sentyabr 2016 / 11:48 8717
-  A +

İspaniyanın “Sport” qəzeti: “Portuqaliyalı futbolçu baş məşqçinin anasına söyüb”

"Real"ın futbolçusu Kriştiano Ronaldo ilə baş məşqçisi Zinəddin Zidan arasında gərginlik yaşanıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu La Liqanın 6-cı turunda "Las Palmas"la görüşün (2:2) 72-ci dəqiqəsində əvəzlənməsinə etiraz edib. O, ehtiyat oyunçular skamyasında Z.Zidana qeyri-etik sözlər işlədib. İspaniyanın “Sport” qəzeti Ronaldonun baş məşqçi barədə “Fahişə oğlu” ifadəsini işlətdiyini iddia edib.

Oyundan sonra Z.Zidan Ronaldonun əvəzləməsinin səbəbi haqda danışıb:

"Çərşənbə günü də oynadığımız üçün ona istirahət verməli idim. Ronaldo yaxşı oynadı, buna baxmayaraq, dəyişiklik etməliydim. Çünki Çempionlar Liqasında da oyunumuz var".


Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı