“Futbolda heç vaxt nədənsə qorxmamışam” - Qriqorçuk

“Futbolda heç vaxt nədənsə qorxmamışam” -  Qriqorçuk
XƏBƏR 25 Sentyabr 2016 / 20:17 3486
-  A +

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın VI turunda “Zirə” ilə oyundan (2:0) sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini açıqlayıb

- Bu qələbə bizim üçün gözlənilməz olmadı. Oyunun asan keçdiyini deməzdim. Qarşılaşma çox çətin alındı. Kənarda oyunumuzun asan alındığının görünməsi yaxşıdır. Əslində isə böyük güc sərf etdik. “Maynts”la oyundan öncə futbolçuları çox yükləmədik. Matçdan dərhal sonra paltardəyişmə otağnda uşaqlara bildirdim ki, bu gün hər şey yüksək səviyyədə idi.

- Erkən qol vursanız da, ikinci hissədə bir qədər aqressiv idiniz. Bu nədən irəli gəlirdi: cavab qolunun vurulmasından ehtiyatlanırdınız, yoxsa rəqibin kobud oyunu sizi narahat edirdi?

- Futbolda heç vaxt nədənsə qorxmamışam. İkinci hissədə oyunumuz daha çox xoşuma gəldi. Daha çox qol vurmağımızı istəyirdim. İkinci qolu vurduqdan sonra meydanda sakitlik yarandı.

- Ruslan Qurbanovun meydana daxil olması bir qədər yubandı. Bu, nədən irəli gəlirdi?

- Biz oyun mexanizimizi heç vaxt dəyişmirik. Əksinə, meydana daxil olan hər futbolçu üzərinə düşən işi taktiki cəhətdən dügün yerinə yetirməlidir. İlk hissədə bir qədər çatışmazlıqlarımız var idi. Amma fasilədən sonra daha yaxşı çıxış etdik. Ruslan Qurbanova da lazımi tapşırıqlarımızı verdik.

- Onun oyunundan razı qaldınız?

- Bu gün heç bir futbolçumuza iradım yoxdur. Kənardan komandamızın göstərdiyi oyundan zövq aldım. Hər şey yüksək səviyyədə idi.

- Qarşıdan “Maynts”la oyun gəlir. “Qəbələ” Avroliqanın qrup mərhələsində ilk qələbəsini qazana biləcəkmi?

- Qələbə qazanmaq üçün şansımız var. “Maynst” çox güclüdür. Bundesliqada yarışıq. Bu komandanın zəif olduğunu söyləmək olmaz. “Maynts”la qarşı super futbol göstərməliyik. Bunun üçün şansımız var.

- Nika Kvekveksiri “Maynts”a qarşı oynayacaq?

- Xeyr, o, ən azı 2 həftə daha istirahət etməlidir

Mənbə: Futbolxeber.az


Son xəbərlər