“Xəzər Lənkəran” son qış transferini reallaşdırdı

“Xəzər Lənkəran” son qış transferini reallaşdırdı
PREMYER LİQA 4 Fevral 2010 / 23:38 3599
-  A +

Bu gün qış transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış “Xəzər Lənkəran” nigeriyalı futbolçu Emeka Oparanın transferini reallaşdırıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Emeka artıq bir neçə gündür ki, komandanın düşərgəsində yer alıb. Buna qədər Almaniyanın “Kayzerslautern” klubunun şərəfini qoruyan futbolçu bundan sonra cənub klubunun “ağ-yaşıl” formasını geyinəcək. Xatırladaq ki, “Xəzər Lənkəran” bunadək albaniyalı Elvin Beqiri, estoniyalı Tihhon Şışov və braziliyalı Kristian Kabralla müqavilə imzalamışdı.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı